close

Azərbaycanda Ümumxalq Hüzn Günüdür

Şəhidlər Xiyabanı. Foto: Azərtac

34 ildir 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisədən 34 il ötür. Həmin il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Nəticədə 140-a yaxın şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, 1000-dən çox insanın isə həbs edildiyi məlumdur.

Həmin vaxtdan bəri hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimi keçirilir, ölkədə qeyri-iş günü olur. Həmin hadisələr nəticəsində həyatını itirənlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir.

Hər il bu gün Azərbaycanın hökumət, dövlət nümayəndələri, siyasətçilər, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir.

Ana səhifəSiyasətAzərbaycanda Ümumxalq Hüzn Günüdür