close

Fələstində xəstəxana atəşə tutulub, yaralananlar var

Foto: Reuters

İsrail tankıarının ən böyük xəstəxanaya yaxınlaşdığı bildirilir

Fələstinin Qızıl Aypara Cəmiyyəti İsraili yanvarın 19-da Xan Yunisdəki xəstəxananı atəşə tutmaqda günahlandırıb. “Reuters” yazır ki, Qəzza zolağının cənubundakı əsas şəhərdə İsrail qüvvələrinin irəliləməsi açıq olan bir neçə tibb müəssisəsini təhdid edib. Qızıl Aypara Cəmiyyəti bidirir ki, atəş nəticəsində xəstəxanaya sığınmış köçkünlər, xəstələr arasında yaralananlar var. Həmçinin məlumatda bildirilir ki, eyni şəhərin yaxınlığındakı İsrail tankları Qəzzanın bu gün fəaliyyət göstərən ən böyük xəstəxanasına, Nasserə yaxınlaşıb. Buradakı insanlar atəş səsləri eşitdiklərini bildiriblər.

İsrail tərəf bildirir ki, oktyabrın 7-də İsrail şəhərlərinə hücum etməklə Qəzza zolağının viran qalmasına gətirən müharibəyə səbəb HƏMAS döyüşçülərinin əsas bazası Xan Yunisdədir. Buradakı hər irəliləyiş bu baxımdan çox önəmlidir. Qəzza Səhiyyə Nazirliyi, Qəzzada son 24 saat ərzində 142 fələstinlinin öldürüldüyünü, 278 fələstinlinin isə yaralandığını açıqlayıb.
Məlumata görə, üç aydan çoxdur ki, davam edən müharibə nəticəsində ölənlərin sayı 24.762-yə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, anklavdakı 36 xəstəxananın əksəriyyəti fəaliyyətini dayandırıb. Cəmi 15-i qismən işləyir və onlar adekvat yanacaq və ya tibbi ləvazimat olmadan, gücünün üç qatı qədər fəaliyyət göstərir. İsrail rəsmiləri açıq olan xəstəxanaların HƏMAS döyüşçülərini müalicə etməkdə günahlandırır. Xəstəxana rəhbərlikləri isə bunu inkar edir.

BMT Fələstin Qaçqınlar Agentliyinin (UNRWA) rəqəmlərinə görə, 1,7 milyondan çox insan – Qəzza əhalisinin təxminən 75 faizi köçkün düşüb. Bir çox insan isə dəfələrlə köçmək məcburiyyətində qalıb.

Ana səhifəDünyaFələstində xəstəxana atəşə tutulub, yaralananlar var