close

Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsi: artan xərclər

Foto: Meydan TV

Gəlirlərin 49.6 faizi neft sektorunun payına düşür

Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 2024-cü ildə 33 milyard 765 milyon manat olacağı gözlənilir.

Xərclərə gəlincə, ilkin göstəricilərdə gözlənti 36 milyard 355 milyon manatdır.

2023-cü ilin təsdiq olunmuş proqnozlarına baxanda gəlir 0.4, xərclər isə 0.7 faiz azdır.

Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında belə qeyd edilib.

Sənəddə 2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat həddində nəzərdə tutulub.

Gəlirlərin 49.6 faizi və ya 16 milyard 756 milyon manatı neft sektorunun payına düşür.

Artan xərclər

2024-cü ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin məbləği artırılıb: 6 milyard 421 milyon manatdır.

Bu da 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6 faiz çoxdur.

Transfertlər

Dövlət büdcəsinə Azərbaycan Dövlət Neft Fondundan (ADNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.

Bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8.9 faiz çoxdur.

Sənəddə bildirilir ki, 2024-cü ildə ADNF-dən transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37.9 faizinə bərabərdir.

ABŞ dolları/manat (USD/AZN) rəsmi məzənnəsinin gələn il də sabit –  1 dollar = 1.7 manat qalacağı proqnozlaşdırılır.

Neftin qiyməti isə 1 barelə görə 60 dollar həddində müəyyən edilib.

Bu, ötən ilin proqnoz göstəricisi ilə eynidir.

Ana səhifəİqtisadiyyatAzərbaycanın 2024-cü il üçün dövlət büdcəsi: artan xərclər