close

Azərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir

Əsgər. Mənbə: “Freepik”

Prokurorluq cinayət işi açdığını deyir

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Fərid Əzizovun intihar etdiyi bildirilir.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda 1996-cı il təvəllüdlü Fərid Əsgərovun Füzuli rayonunda odlu silahla özünü öldürdüyü qeyd olunub.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinin açıldığı bildirilir:

“Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Eyni zamanda, Füzuli Hərbi Prokurorluğunun və qurumun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər”.

Hərbi Prokurorluq əsgərin hansı rayondan olduğu barədə heç bir məlumat verməyib.

Meydan TV hərbçinin yaxınları ilə əlaqə saxlaya bilməyib.

Son iki gündə bu, rəsmi açıqlanan ikinci əsgər ölümü hadisəsidir.

İyunun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Hacıyevin də intihar etməsi barədə məlumat yayılmışdı.

DSX bildirirdi ki, hadisə Qazax əlahiddə sərhəd diviziyasında baş verib.

Ana səhifəBölgəAzərbaycanın daha bir hərbçisinin özünü güllələdiyi bildirilir