close

Azərbaycanın keçmiş DTK sədri vəfat edib

Vaqif Hüseynov. Foto: Wiki

Vaqif Hüseynovun hansı xəstəlikdən öldüyü açıqlanmayıb

İyunun 4-də Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sabiq sədri Vaqif Hüseynov vəfat edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

1989-1991-ci illərdə DTK sədri olan Vaqif Hüseynov 1942-ci ildə Quba şəhərində anadan olub.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən Vaqif Hüseynov “Sport”, “Molodyoj Azerbaydjana” “Olimpiyskaya Panorama” qəzetlərində, o cümlədən televiziyada çalışıb.

Daha sonra Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Mərkəzi Komitənin üzvü, Azərbaycan SSR Ali Sovetinin deputatı, 1975–1990-cı illərdə Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri olan V.Hüseynov 1989-cu ildən 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışıb.

O, 1992-ci ildə həbs edilsə də, bir il sonra azad olundu və Rusiyaya köçüb.

Vaqif Hüseynov 1995-ci ildə Rusiya vətəndaşlığını qəbul edib.

V.Hüseynov 1997-ci ildə “Rosbalt” informasiya agentliyini yaratdı və eyni zamanda, Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru olub.

2013-cü ildə onun “Birdən çox həyat” xatirələr kitabı nəşr olunub.

Ana səhifəXəbərlərAzərbaycanın keçmiş DTK sədri vəfat edib