close

Azərbaycanın Rusiyanın əsarətindəki avtomobil parkı

Foto: arxiv

Ölkədə sayına görə VAZ avtomobili birinci yerdədir

Azərbaycanda əhalinin istifadə etdiyi avtomobillər arasında Rusiya istehsalı “VAZ”-lar birinci yerdədir.

Ölkədə 401 min ədəd bu avtomobildən var.

Ən çox tələb olunan ikinci brend isə “Mercedes”dir.

“Baku Research Institute”nun Azərbaycanda ən çox istifadə edilən avtomobil markaları ilə bağlı araşdırmasında belə qeyd olunur.

Araşdırma 2000-2022-ci illəri nəzərdə tutur.

İqtisadçı Samir Əliyev Azərbaycanda avtomobil parkının dəyişməsini iki mərhələyə bölür: birinci mərhələ neft pullarından öncəki dövrü, ikinci isə neft vəsaitləri satışından əldə olunan gəlirlərin artdığı zamandır.

2000-ci ildə, ölkəyə neft pulu gəlməmişdən öncə ilk beşlikdə olan avtomobil markaları Rusiyaya (“VAZ”, “QAZ”, “UAZ”, “Moskviç”) məxsus idi. Neft pulu gəlməyə başlayandan sonra VAZ istisna olmaqla, Rusiya maşınları mövqelərini itirməyə başladı və bazara əsasən, Avropa, Yapon və Koreya maşınları üz tutdu. Məsələn, “Mercedes” ən çox tələb olunan brendlərdən birinə çevrildi”, – deyə o bildirib.

Samir Əliyev
Mənbə: Meydan TV

Araşdırmada bildirilir ki, hazırda ölkədə 213 min civarında “Mercedes” avtomobili var.

Bununla marka “VAZ”-ların sayının (401 min) yarısını ötüb.

Bu gün ölkədəki VAZ markalı avtomobillərin sayı siyahıda 3-5-ci yerləri bölüşən “Mercedes”, “Hyundai” və “Toyota”nın ümumi sayına bərabərdir.

Beləliklə, ölkə avtomobil parkının lideri “VAZ”-dır.

İkinci yerdə “Mercedes”, üçüncü yerdə “Hyundai”, dördüncü yerdə “Toyota”, beşinci yerdə isə “Opel” gəlir.

Bunlardan sonra ən çox istifadə olunan markalar isə “KİA”, “QAZ”, “Chevrolet”, “Nissan”, “BMW”, “Moskviç”, “Volkswagen”, “Mitsubishi”, “Ford”, “Renault”dur.

Ana səhifəİqtisadiyyatAzərbaycanın Rusiyanın əsarətindəki avtomobil parkı