close

Azərbaycanlılar yerli kartlarla xaricdə 10 min dollardan artıq pul nağdlaşdıra bilməz

Foto: TaniaKitura/shutterstock

Kartlara vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlər tətbiq ediləcək

Azərbaycan banklarından alınmış plastik kartlarla xaricdə ay ərzində 10 min dollardan artıq vəsait nağdlaşdırıla bilməz.

Yəni kartlara vəsaitin nağdlaşdırması ilə bağlı aylıq limitlər tətbiq ediləcək.

Azərbaycan Mərkəzi Bankının yeni qəbul etdiyi “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda belə deyilir.

Eyni zamanda, yeni qaydalara görə, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, aylıq həddlərlə əvəzlənib.

Vüqar Bayramov
Vüqar Bayramov, Foto: Meydan TV

Deputat, iqtisadçı Vüqar Bayramov artıq xaricə gedənlərin yeni dəyişikliklərə diqqət etməsinin lazım olduğunu bildirir.

Xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, yeni qaydalar, guya “çirkli pullar”,  korrupsiya ilə mübarizəyə görə edilib.

Onun sözlərinə görə, məmurlar, onlara bağlı iş adamları istənilən həcmdə vəsaiti ölkədən çıxarmağın yollarını yaxşı bilirlər, bu addımlar onlara təsir etməyəcək:

Adi vətəndaşlar üçün isə problemlər yarana bilər. Məsələn, kimsə özünə 21 min dollar və daha baha maşın almaq, dəyərini ödəmək üçün nə etsin?! Və ya kimsə Bakıda evini satır, Türkiyədən ev almaq istəyir, dövlət nə haqla ona deyir ki, yox, sən ayda 20 min dollardan artıq pul köçürə bilməzsən. Axı pul vətəndaşındır, özəl mülkiyyətini satıb özünə ev-obyekt almaq istəyir, o zaman dövlət niyə buna mane olur ki?”.

İqtisadçı düşünür ki, belə məhdudiyyətlər ləğv edilməlidir.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Onun fikrincə, yeganə meyar illik gəlir deklarasiyasının olmasıdır. Leqal pulun varsa, nə qədər istəsən, hara istəsən, köçürə bilməlisən:

Amma bunu etmirlər, edə bilmirlər, o zaman prezidentdən tutmuş, nazirlər, məmurlar, rəislər, icra başçıları, minlərlə dövlət-hökumət işçiləri öz gəlirlərinə uyğun olmayan həyat tərzlərini necə izah edəcəklər? Ona görə də gəlir deklarasiyası haqqında qaydaları 25 ildir ki, təsdiq etmirlər, əvəzinə, əcaib məhdudiyyətlər tədbiq edirlər, bu qadağalar isə tam tərsi, qeyri-leqal, “qara” pul köçürmələrinin həcmini artıran, korrupsiyanı təşviq edən amilə çevrilir. Bundan başqa, bu qaydalar vətəndaşın Konstitusiya ilə təsbit olunan özəl mülkiyyət və ona sərəncam vermə hüququnu pozur”.

Ana səhifəİqtisadiyyatAzərbaycanlılar yerli kartlarla xaricdə 10 min dollardan artıq pul nağdlaşdıra bilməz