close

Azərbaycanın Tehrandakı səfirliyi yaxın günlərdə bərpa edilə bilər

İran Xarici İşlər Nazirliyi. Foto: AlexelA/shutterstock

Müctəba Dəmirçilu diplomatik missiyanın 15-20 günə fəaliyyətə başlayacağını deyir

Azərbaycanın İrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi bildirilir.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu yerli mediaya danışıb.

Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirinin təyin edilməsi məsələsi yeni Prezidentin seçilməsi ilə əlaqədar ölkə hökumətinin formalaşdırılmasından sonra həllini tapacaq.

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini niyə dayandırıb?

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub.

Hücum nəticəsində səfirliyin bir mühafizəçisi öldürülüb, daha iki nəfər yaralanıb.

Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

İran mediasının yazdığına görə, 2024-cü il fevralın 5-də Azərbaycan səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib.

Ana səhifəSiyasətAzərbaycanın Tehrandakı səfirliyi yaxın günlərdə bərpa edilə bilər