close

Azərbaycanlı hərbçinin qəzada həlak olduğu bildirilir

Ziya Babayev. Foto: Ailə albomundan

Ziya Babayev Şabranda dəfn olunacaq

Oktyabrın 6-da Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Babayevin həlak olduğu bildirilir.

Ziya Babayevin Füzuli istiqamətində avtomobil qəzası nəticəsində həlak olduğu deyilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şabran Bölməsinin rəsmisi hərbçinin həlak olduğunu Meydan TV-yə təsdiqləyib.

Əsgərin ailəsi cənazənin bu gün Füzulidən doğulduğu rayona gətiriləcəyini deyib.

Ziya Babayev ailənin tək övladı olub, onun iki övladı var.

Ana səhifəBölgəAzərbaycanlı hərbçinin qəzada həlak olduğu bildirilir