close

Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır

Bakı-Sumqayıt qatarının kartı. Foto: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY)

Ödəniş bank və gediş kartları ilə həyata keçiriləcək, biznes vaqonlar ləğv ediləcək

İyulun 1-dən Bakı-Sumqayıt qatarlarına kağız biletlərin satışını dayandırılır.

Məlumatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mətbuat xidməti yayıb.

ADY bu addımı rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının almaqla izah edib.

“Müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız, rahat şəkildə həyata keçirilə bilər. ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 manatdır”, – deyə mətbuat xidməti əlavə edib.

ADY həmçinin qatarların ekonom vaqonlarında sərnişin sıxlığının aradan qaldırılması məqsədilə iyulun 1-dən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunacağını da bildirib:

“Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək”.

Ana səhifəSosialBakı-Sumqayıt qatarlarına kağız biletlərin satışı dayandırılır