close

Berluskoni vəfat edib

Silvio Berluskoni. Wikipedia

Sabiq baş nazirin leykemiya xəstəliyindən öldüyü bildirilir

İyunun 12-də İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat edib.

İtaliya mediası 86 yaşlı Silvio Berluskoninin Milanın “San Raffaele” klinikasında öldüyünü yazıb.

Bildirilir ki, leykemiya xəstəliyindən müalicə alan S.Berluskoni 45 gün xəstəxanada qalıb.

O, son illərdə ürək əməliyyatı keçirib, prostat vəzi xərçəngindən müalicə alıb.

COVID-19-a yoluxduqdan və 2020-ci ildə ikitərəfli pnevmoniya inkişaf etdirdikdən sonra isə tez-tez xəstəxanalara müraciət edib.

“İrəli İtaliya” Partiyasının rəhbəri olan S.Berluskoni üç dəfə Baş nazir olub.

Keçmiş baş nazir  “Montsa” futbol klubunun prezidenti və “Milan”ın keçmiş sahibi idi.

S. Berluskoni 1936-cı ildə Milanda bankir ailəsində anadan olub.

Ana səhifəXəbərlərBerluskoni vəfat edib