close

Bakıda yenə su fasilələrlə veriləcək

Su qıtlığı. Foto: arxiv

Qəza səbəbindən iki gün suyun verilməsində problem olacağı bildirilir

Təmir-bərpa işləri aparılan Oğuz-Qəbələ-Bakı su kəmərində yenidən qəza baş verib.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Səbail, Xətai, Nizami, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarına, Ramanı qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Avqustun 19-u səhər başladılan təmir-bərpa işlərinin avqustun 20-si axşam saatlarında yekunlaşacağı planlaşdırılır.

Məlumatda deyilir ki, avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Xəbərdarlıq sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Abonentlər onsuz da yay gələndən su problemi yaşadıqlarını bildiriblər.

Qəzanın səbəbləri açıqlanmayıb.

Ana səhifəSosialBakıda yenə su fasilələrlə veriləcək