close

BMT: Dünyada qaçqınların sayı 110 milyona çatıb

Foto: Meydan TV

2022-ci ildə dünya üzrə qaçqınların sayı 20 milyon nəfər artıb

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının illik hesabatına əsasən, 2022-ci ildə dünyada 108,4 milyon insan hərbi münaqişələr, təqiblər, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən ölkələrini tərk etmək məcburiyyətində qalıb, “Novaya qazeta. Baltiya” yazır.

Təşkilatın hesablamalarına görə, 2023-cü ilin may ayına qədər dünya üzrə qaçqınların sayı 110 milyon nəfərə çatıb.

2022-ci ildə dünya üzrə qaçqınların sayı 20 milyon nəfər artıb. Bu göstəricinin kəskin artmasının əsas səbəbi Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir.

Ukraynalı qaçqınların sayı 2021-ci ilin sonundakı 27 300 nəfərdən 2022-ci ilin sonunda 5,7 milyona yüksəlib. 

2022-ci ildə dünya üzrə köçkünlərin sayının artması həm də Əfqanıstandan olan qaçqınların təxmini sayının yenidən hesablanması, eləcə də digər hərbi münaqişələr, xüsusən də Sudanda baş verənlərlə bağlıdır.

Hesabata görə, 2022-ci ildə 339 mindən çox qaçqın öz vətənlərinə – 38 dövlətə, o cümlədən Cənubi Sudan, Suriya, Kamerun və Kot-d’İvuara qayıdıb.

Ana səhifəXəbərlərBMT: Dünyada qaçqınların sayı 110 milyona çatıb