close

Rusiyalı sənətçilər Ukraynadakı “Leopard”ları vuranlar üçün mükafat ayırdılar

“Leopard”. Foto: Wikipedia

Kiselyov hər bir “Leopard-1” üçün 700 min, “Leopard-2” üçün 1 milyon ödəməyə qərar verib

Rusiyalı musiqi prodüseri, “Zemlyane” rok qrupunun bədii rəhbəri Vladimir Kiselyovun Ukraynadakı alman istehsalı olan “Leopard” tanklarının məhvinə görə pul mükafatı təsis etdiyi bildirilir.

Vladimir Kiselyovun komandası ölkənin Müdafiə Nazirliyi ilə birlikdə Rusiya hərbçilərinə və mülki şəxslərə məhv edilmiş hər bir “Leopard-1” tankı üçün 700 min rubl və hər “Leopard-2” tankı üçün bir milyon rubl ödəməyə qərar verib.

Qəzaya uğrayan alman tanklarına görə mükafatın təsis edilməsini bir çox rusiyalı sənətçilər – Nikolay Baskov, Yuliya Baranovskaya, Qriqori Leps, Yelena Sever, Yuri Antonov, Aleksandr Marşal, Viktoriya Daineko, Denis Maydanov, Larisa Dolina, Slava, Anna Semenoviç, Lyubov Uspenskaya, Aleksandr İvanovdur (“Rondo” qrupu) dəstəkləyiblər.

2023-cü il yanvarın 25-də Almaniya hökuməti Ukrayna ordusuna 14 “Leopard-2” tankının göndərilməsi barədə qərar verib.

İyunun əvvəlində Rusiyanın Müdafiə Nazirliyi Ukraynada səkkiz “Leopard” tankını məhv etdiyini açıqlayıb.

“Leopard 2” tankları Qərb istehsalı olan ən yaxşı tanklardan hesab edilir.

60 tonluq tanklar 120 millimetrlik silaha malikdir və hədəfi 5 kilometr məsafədən vurmaq qabiliyyətindədir.

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Ana səhifəMədəniyyətRusiyalı sənətçilər Ukraynadakı “Leopard”ları vuranlar üçün mükafat ayırdılar