close

BMT Ukraynada mülki vətəndaşların edamlarını və işgəncələri sənədləşdirib

Foto: Meydan TV

Ötən 1 ildə 621 zorakı yoxolma və özbaşına saxlama halları qeydə alınıb

BMT-nin Ukraynada insan haqları üzrə Monitorinq Missiyası Ukrayna ərazisində baş vermiş edamları, saxlanılmaları və zorakı yox olmaları sənədləşdirib. Bu barədə Kiyevdə keçirilmiş mətbuat konfransında təşkilatın iki məruzəsini təqdim edən missiya rəıhbəri Matilda Boqner deyib, “Novosti Donbassa” yazır.  

Onun söylədiyinə görə, BMT işğal olunmuş Ukrayna torpaqlarında Rusiya hərbçilərinin özbaşına edamlarını və ayrı-ayrı mülki şəxslərə hücumlarını, o cümlədən saxlanılmaları və zorakı yoxolmaları sənədləşdirib.  

“2022-ci il fevralın 24-dən 621 zorakı yoxolma və Rusiya silahlı qüvvələri tərəfindən mülki şəxslərin özbaşına şəkildə saxlanma halları sənədləşdirilib”, – Boqner dəqiqləşdirib.

Missiya rəhbəri əlavə edib ki, əvvəlcə saxlanılıb, sonra azad olunan 127 şəxsdən müsahibə alınıb. Bu şəxslərin 90 %-i söyləyib ki, Rusiya hərbi qüvvələri və təhlükəsizlik xidməti əməkdaşları onlara işgəncə verib və qəddar davranıb.

“Bəzi hallarda bu, seksual zorlama olub. Bu mülki şəxslərdən beşi 14-18 yaşlı oğlanlar olub və onlar qəddar davranışa, işgəncələrə məruz qalıb”, – Boqner məlumat verib.   

Bundan başqa, onun dediyinə görə, 2022-ci il fevralın 22-dən Monitorinq Missiyası Ukrayna silahlı qüvvələri tərəfindən həyata keçirilən 91 zorakı yoxolma və özbaşına saxlanılma halını qeydə alıb.

“Müsahibə apardığımız 73 qurbanın 53%-i Ukrayna silahlı qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən işgəncələrə və ya qəddar davranışa məruz qalıb”, – Boqner deyib.   

O qeyd edib ki, işgəncə və həyatdan məhrum etmə tamamilə qadağan olunub, qanunu pozanlarsa məsuliyyətə cəlb edilməlidir. Bununla yanaşı, qurbanlar və onların qohumları hüquq müdafiə vasitələrindən istifadə imkanına malik olmalıdır.  

BMT-nin Ukraynada insan haqları üzrə Monitorinq Missiyası səkkiz min mülki şəxsin həlak olduğunu, on dörd min mülki vətəndaşınsa yaralandığını qeydə alıb.

Ana səhifəXəbərlərBMT Ukraynada mülki vətəndaşların edamlarını və işgəncələri sənədləşdirib