close

“Borussiya” Çempionlar Liqasının finalına yüksəlib

Fotolar: UEFA

Almaniya klubu PSJ-ni cavab matçında da məğlub edib

Mayın 7-də UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İlk oyun günündə Fransanın PSJ komandası doğma meydanda Almaniya “Borussiya”sını (Dortmund) qəbul edib. Qarşılaşma saat 23:00-da start götürüb.

Komandalar arasında Dortmundda keçirilən ilk oyun “Borussiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Cavab matçında da qələbə qazanan tərəf Almaniya təmsilçisi olub. 1:0 hesablı qələbəyə sevinən “Borussiya” Çempionlar Liqasının finalına yüksəlib.

Çempionlar Liqasının digər finalçısının adına mayın 8-də keçiriləcək “Real” – “Bayern” görüşündən sonra aydınlıq gələcək.

Ana səhifəİdman“Borussiya” Çempionlar Liqasının finalına yüksəlib