close

Bu reytinqdə Azərbaycan qonşularını üstələyib

Foto: “shutterstock”

Əhali nə qədər kömək etməyi sevir?

“World Given Index”-in sonuncu reytinqinə görə, Azərbaycan xeyriyyəçiliyin yayılmasında dünyada 54-cü yerdədir.

İlk üçlükdə isə İndoneziya, Ukrayna və Keniya dayanır. Bu reytinq sorğu əsasında tərtib edilir. Sorğuda respondentlərə üç sual verilir:

– Xeyriyyə təşkilatlarına ianə etmisinizmi?
– Hər hansı tanımadığınız şəxsə kömək etmisinizmi?
– Hər hansı xeyriyyə təşkilatı üçün könüllü kimi çalışmısınızmı?

Azərbaycanlı respondentlərin 67 faizi cavabında tanımadığı şəxsə kömək edib. Cavab verənlərin 39 faizi isə ianə köçürdüyünü söyləyib. Cəmi 20 faiz respondent isə hansısa təşkilatda könüllü olaraq çalışdığını bildirib.

Reytinqdə Azərbaycan Cənubi Qafqazdakı qonşularından irəlidədir. Ermənistan 122-ci yerdə, Gürcüstan 104-cü yerdə qərarlaşıb.

İran xeyriyyəçilik reytinqində 40-cı, Rusiya 102, Qazaxıstan 107-ci, Türkiyə 126-cı yerdədir.

Ana səhifəSosialBu reytinqdə Azərbaycan qonşularını üstələyib