close

CAR İsraili Fələstində “soyqırım” törətməkdə günahlandırır

İsrail və Cənubi Afrika Respublikası. Foto: esfera/shutterstock

Sənədlər Haaqa məhkəməsinə göndərilib

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsindən İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törədib-törətmədiyini nəzərdən keçirməyi xahiş edib.

CAR rəhbərliyi oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrailin fələstinlilərə qarşı soyqırım həyata keçirdiyini iddia edir.

Bu barədə BBC-in rus redaksiyası məlumat yayıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail HƏMAS-a qarşı hərbi cavab kampaniyasına başlayıb:

Nəticədə Qəzzada çoxu qadın və uşaq olmaqla 23 mindən çox adam öldürülüb”.

CAR təqdim etdiyi dəlillərə əsaslanaraq iddia edir ki, İsrailin addımları “Fələstin milli, irqi və etnik qrupunun əhəmiyyətli bir hissəsinin məhv edilməsinə” yönəlib və bu, soyqırımdır.

Beynəlxalq Ədalət Məhkəməsi
Source: Beynəlxalq Ədalət Məhkəməsi

Sənəddə İsrail rəsmilərinin açıq bəyanatları, o cümlədən Baş nazir Benyamin Netanyahunun şərhləri “soyqırım niyyəti”nin sübutu kimi təqdim olunur.

İsrail Cənubi Afrikanın irəli sürdüyü ittihamları qəti şəkildə rədd edir və əsassız adlandırır.

Baş nazir Netanyahu deyib: “Cənubi Afrika, biz soyqırım törətməyə gəlməmişik. HƏMAS bacarsa, hamımızı öldürərdi”.

İsrail hərbçiləri dinc əhali arasında itkilərin qarşısını almaq üçün bir sıra tədbirlər gördüyünü bildirib.

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsidir.

Məhkəmə İkinci Dünya müharibəsindən sonra dövlətlər arasında mübahisələri həll etmək və hüquqi məsələlərdə məsləhətçi rəylər vermək üçün yaradılıb.

Ötən ilin oktyabrında HƏMAS İsrailin cənub bölgəsinə hücum edib.

Əksəriyyəti mülki şəxslərdən ibarət 1200-ə yaxın insanı öldürüb, 240-a yaxın adamı girov götürüb.

Bundan bir neçə gün sonra İsrail Qəzza zolağına hücuma başlayıb.

Müharibə nəticəsində minlərlə insan ölüb və didərgin düşüb.

Ana səhifəDünyaCAR İsraili Fələstində “soyqırım” törətməkdə günahlandırır