close

Dünyanın ən güclü və zəif pasportları

Foto: arxiv

Azərbaycan 104 ölkə arasında 70-ci yerdə qərarlaşıb

“Henley Passport Index”-ə görə, dünyanın ən güclü pasportları dörd Avropa ölkəsinə aiddir.
Bu ölkələr – Fransa, Almaniya, İtaliya və İspaniyadır. Bu dörd ölkə əvvəlki illərdə birinci olan Sinqapurla eyni yeri bölüşürlər.

Ötən il üçüncü yerə enən Yaponiya da yenidən zirvəyə yüksəlib.

“Henley Passport Index” pasportları vizasız səyahət imkanlarına görə sıralayır. Hər bir ölkə üçün məlumatlar müntəzəm yenilənir.

Ən yüksək yer tutan ölkələrin vətəndaşları 194 ölkəyə vizasız gedə bilir.

Oktyabrın reytinqində Almaniya, İtaliya və İspaniya ikinci, Fransa isə üçüncü yerdə qərarlaşmışdı.

Dekabrda “Visa Guide World” tərəfindən dərc edilmiş başqa bir pasport reytinqində isə İspaniya Sinqapuru üstələmişdi.

İndiki reytinqdə isə ilk 10-luqda Avropa pasportları üstünlük təşkil edir.

“Henley”-in yeni 2024-cü il reytinqində ilk 10-luğa əsasən Avropa ölkələri daxildir.

Oktyabrın siyahısında Finlandiya və İsveç üçüncü, Cənubi Koreya isə ikinci yerdədir.

İndi isə üçüncü yerdə Avstriya, Danimarka, İrlandiya və Hollandiya qərarlaşıb. Dördüncü yerdə Belçika, Lüksemburq, Norveç, Portuqaliya və Böyük Britaniyadır. Yunanıstan, Malta və İsveçrə beşinci yerdədir.

Çexiyayla Polşa altıncı yerdəki Avstraliya və Yeni Zelandiyaya qoşulub.

Macarıstan və Kanada ABŞ ilə birlikdə yeddinci yerdədir.  Estoniya və Litva səkkizincidir. Latviya, Slovakiya və Sloveniya doqquzuncudur. İslandiya isə 10-cu yerdədir.

Siyahıda 32-ci yerdə olan Ukraynadan sonra bir sıra Balkan ölkələri, o cümlədən Serbiya, Şimali Makedoniya, Monteneqro, Albaniya gəlir.

Azərbaycanın qonşularından Gürcüstan 50-ci, Türkiyə 52-ci, Ermənistan 74-cü yerdə qərarlaşıb. Azərbaycan isə siyahının 70-ci pilləsindədir.

“Henley Pasport İndeksi” dünyanın 199 müxtəlif pasportunu vətəndaşların vizasız gedə biləcəyi istiqamətlərin sayına görə sıralayır.

Bunu edərkən Qlobal vətəndaşlıq və rezidentlik üzrə məsləhətçi şirkət “Henley & Partners Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (IATA) məlumatlarından istifadə edir.

Şirkət artıq 19-cu ildir ki, bu reytinqi tərtib edir. Reytinq əvvəl ildə dörd dəfə yenilənirdi, indi hər ay yenilənir.

Ölkələr vizasız gedə biləcəkləri hər bir istiqamət üçün 227 baldan bir bal alırlar. Bu xal vətəndaşların gəliş zamanı viza, ziyarətçi icazəsi və ya elektron səyahət icazəsi (ETA) ala bildiyi istiqamətlər üçün etibarlıdır.

Viza tələb olunan və ya pasport sahibinin yola düşməzdən əvvəl dövlət tərəfindən təsdiq edilmiş elektron vizanı almalı olduğu istiqamətlər üçün bal verilmir.

Siyahıda yer alan 104 ölkə və ərazi arasında Əfqanıstan dünyanın ən zəif pasportuna malik ölkə kimi sonuncu yerdədir.

Suriya, İraq, Pakistan və Yəmən son beşlikdə, Somali 99-cu yerdədir. Liviya, Nepal və Fələstin ərazisi 98-ci, Banqladeş və Şimali Koreya 97-ci yerdədir. Eritreya və Şri Lanka 96-cı yerdə qərarlaşıb. İran, Livan, Nigeriya və Sudan 95-ci yeri tutub.

Ana səhifəSosialDünyanın ən güclü və zəif pasportları