close

Coratdakı qətl hadisəsinə görə bir nəfər saxlanılıb

Foto: Meydan Tv

Müşfiq Tağıyev ailə ilə qonşudur

Sumqayıtda – Corat bağları massivində Müsavat Partiyasının üzvü, 73 yaşlı Dağbəyi Fərəcov və 38 yaşlı qızı Suzanna Karakaşın yaşadıqları evdə qətlə yetirilməsi, həyat yoldaşı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaşın isə ağır yaralanması, həmçinin səs-küyə onların köməyinə gələn qonşuların da xəsarət almasıyla əlaqədar 1 nəfər saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev zərərçəkmişlərin qonşusudur.

Meydan TV-nin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 36 yaşlı Müşfiq Tağıyev istintaqa ilkin ifadəsində hadisəni qisas məqsədilə törətdiyini deyib. Onun sözlərinə görə, Suzanna Karakaşın həyat yoldaşı, Türkiyə vətəndaşı Serkan Karakaşla aralarında kökü bir neçə il əvvələ gedib çıxan şəxsi münaqişəsi olub.

İddia olunur ki, Müşfiq Tağıyev öncə partlayış törətmək istəyib, bu məqsədlə qaz sayğacına atəş açıb. Bu zaman evdəkilər səsə çıxıb və onlara atəş açıb.

Müşfiq Tağıyevin yaxınları isə bildirib ki, ailə olaraq, Fərəcovlarla aralarında heç bir problem olmayıb.

Oktyabrın 28-nə səhər saat 5 radələrində Corat bağları adlanan ərazidə baş vermiş hadisə zamanı Suzanna və Serkan Karakaşların iki qızı da evdə olub. Onlara xəsarət yetirilməyib. Lakin qonşuluqda yaşayan və səs-küyə çıxaraq kömək etməyə çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb. Etibar Sarıyevin polis əməkdaşı olduğu, sahə müvəkkili vəzifəsində çalışdığı bildirilir.

Ana səhifəBölgəCoratdakı qətl hadisəsinə görə bir nəfər saxlanılıb