close

Dağıstanda yanacaqdoldurma məntəqəsində partlayış: ölənlərin sayı 30-a çatıb

Foto: Rusiya FHN

105 nəfər yaralanıb, matəm elan olunub

Avqustun 14-də axşam çağı Dağıstanın paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın nəticəsində 105 nəfər xəsarət alıb, onlardan 30-u ölüb.

Dağıstanın rəhbəri Sergey Melikov jurnalistlərə deyib ki, partlayış yanacaqdoldurma məntəqəsinin qarşısında baş verib və onun səbəbləri müəyyənləşdirilir.

Hadisə ilə əlaqədar Dağıstanda matəm elan olunub.

Ana səhifəDünyaDağıstanda yanacaqdoldurma məntəqəsində partlayış: ölənlərin sayı 30-a çatıb