close

İranlı rejissora 6 ay həbs cəzası verildi

Saeed Roustayi. Foto: “ifpnews.com”

O, hökumət əleyhinə təbliğat aparmaqda ittiham olunub

İranlı rejissor Saeed Roustayiyə 6 ay həbs cəzası verildiyi bildirilir.

Rejissor “Leylanın qardaşları” (“Leila’s Brothers”) filminin çəkilişinə və Kann Kino Festivalında nümayişinə görə hökumət əleyhinə təbliğat aparmaq ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

Hökmün Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində çıxarıldığı bildirilir.

“Leylanın qardaşları” dram filmi 2022-ci il istehsalıdır.

Baş rollarda Təranə Əlidusti, Navid Məhəmmədzadə və Peyman Maadi çəkiliblər.

Rejissor bu filmə görə 2022-ci ildə Kann Film Festivalında Beynəlxalq Tənqidçilər Federasiyasının (Fipresci) xüsusi mükafatına layiq görülüb.

2022-ci ilin dekabrında aktrisa Təranə Əlidusti də Məhsa Əmininin ölümü ilə əlaqədar İranda keçirilən aksiyalalara dəstək verdiyinə görə həbs edilmişdi.

İranın “İRNA” dövlət mediası bildirmişdi ki, aktrisa ölkəni bürümüş etiraz hərəkatı haqqında “yalan məlumat yaymaq” ittihamı ilə saxlanılıb.

Ana səhifəMədəniyyətİranlı rejissora 6 ay həbs cəzası verildi