close

Daha bir önəmli mədəniyyət tədbiri Hollivuddakı tətillərə görə təxirə salındı

Foto: Oscar

Fəxri “Oskar” mükafatının təqdimatı gələn ilə qaldı

Amerika Kino Akademiyası kinematoqrafiyada nailiyyətlərə görə fəxri “Oskar” mükafatının təqdimat mərasimini ertələyib.

Bu barədə təşkilatın rəsmi saytında məlumat yerləşdirilib.

Bu mükafatı rejissorlar Mişel Setter, Mel Beuks, aktrisa Anjela Bassett və montajçı Keroll Littlton almalı idi.

2023-cü il noyabrın 18-nə planlaşdırılan qala gecə 2024-cü il yanvarın 9-na ertələnib.

Səbəb kimi Holivudda kinematorqafçıların və ssenaristlərin tətili göstərilib.

Tətil bitənə qədər aktyor və ssenaristlər film və serialların çəkilişində, həmçinin hər hansı reklam kampaniyasında iştirak edə bilmədikləri üçün Amerika Kino Akademiyasının tədbirinə qatılmaqları da mümkünsüzdür.

2023-cü il mayında Amerika Yazıçılar Gildiyasının ssenaristləri, iyulunda isə Ekran Aktyorları Gildiyası və Televiziya və Radio Sənətçiləri Federasiyasının (SAG-AFTRA) aktyorları tətilə başlayıblar.

Onlar daha yüksək maaş və iş vaxtından artıq saatlara görə təzminat tələb edirlər.

Tətil səbəbindən bu il sentyabrın 18-də keçirilməsi nəzərdə tutulan 75-ci “Emmi” mükafatının təqdimetmə mərasimi 2024-cü il yanvarın 15-nə ertələnib.

Xatırlatma

“Oskar” mükafatının builki qalibləri 2023-cü il martın 12-də məlum olub.

“Ən yaxşı film” nominasiyasında – “Everything Everywhere All at Once” filmi mükafatlandırılıb.

“Ən yaxşı rejissor” – “Everything everywhere all at once” filminə görə Dan Kvan, Daniel Şeynert seçiliblər.

Aktyor Brendan Freyzer – “The Whale” filminə görə ilin “Ən yaxşı aktyor”u seçilib.

“Ən yaxşı aktrisa” isə “Everything everywhere all at once” filminə görə – Mişel Yeoh seçilib.

Ana səhifəDünyaDaha bir önəmli mədəniyyət tədbiri Hollivuddakı tətillərə görə təxirə salındı