close

Daha bir sərhədçinin özünü güllələdiyi deyilir

Foto: DSX

Hərbi Prokurorluq cinayət işi açdığını bildirir

İyulun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Cahid Əliyevin xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirdiyi bildirilir.

Bu barədə Hərbi Prokurorluqdan Meydan TV-yə məlumat verilib.

Bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.

Ərazi hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib”, – deyə prokurorluq əlavə edib.

Prokurorluq əsgərin hansı rayondan olduğunu açıqlamayıb.

Bu səbəbdən Meydan TV əsgərin ailə üzvləri ilə əlaqə saxlaya bilməyib.

İyulun 10-da Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Kənan Bəkiyevin də silahdan atəş açmaqla özünü öldürdüyü deyilirdi.

Ana səhifəXəbərlərDaha bir sərhədçinin özünü güllələdiyi deyilir