close

“Qarabağ” Çempionlar Liqasında ilk oyununu keçirib

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Cəbəllütariq klubuna qalib gəlib

“Qarabağ” klubu iyulun 11-də UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə ilk oyununu keçirib.

Azərbaycan çempionu 1-ci təsnifat mərhələsinin ilk matçında Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda keçirilən qarşılaşma saat 19:30-da başlayıb.

Oyunda ilk hissədə hesabı “Linkoln” açsa da, “Qarabağ” fasilədən sonra iki qol vuraraq, qələbə qazanıb – 2:1.

Komandalar arasında cavab görüşü iyulun 19-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu cütün qalibi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Ana səhifəİdman“Qarabağ” Çempionlar Liqasında ilk oyununu keçirib