close

David Babayan Azərbaycana təslim olacağını açıqladı

D.Babayan. Foto: “kavkazru.press”

O, Bakıya aparılacağını bildirib

Separatçı “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “xarici işlər naziri” David Babayan Azərbaycan hökumətinə təslim olduğunu açıqlayıb.

Bu barədə David Babayan “Facebook” səhifəsində yazıb.

“Hörmətli həmvətənlər, dostlar, partiya üzvləri! Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün Stepanakertdən (Xankəndi) Şuşaya getmək qərarına gəldim. Bu qərar təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər”, – deyə o bildirib.

David Babayan 1973-cü ildə Xankəndidə doğulub.

1989-cu ildə şəhərin 8 saylı rus orta məktəbini bitirib, elə həmin il də Yerevan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olub.

O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib.

D.Babayan 2018-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1998-1999-cu illərdə tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın (DQR) Xarici İşlər Nazirliyinin Siyasi İdarəsinin ikinci katibi vəzifəsində çalışıb.

Ana səhifəSiyasətDavid Babayan Azərbaycana təslim olacağını açıqladı