close

Dəmirçi kəndi: Əvvəllər hər addım başı dəmirçilər gözə dəyirdisə, indi kənddə iki dəmirçi qalıb

Ağahüseyn Hüseynov uşaqlıqdan bəri dəmirçi sənəti ilə məşğul olduğunu deyir. Danışır ki, Şamaxının Dəmirçi kəndi sənətkarların beşiyidir. Əvvəllər hər addım başı dəmirçilər gözə dəyirdisə, indi kənddə iki dəmirçi qalıb deyə heyfslənir. Ağahüseyn kişi keçmişlə indini müqayisə edir. Keçmişdə kəndlilər məişətdə, təsərrüfatda dəmirçilərin düzəltdiyi alətlərdən daha çox istifadə edərdilər. İndi isə dövran dəyişib. Hüseynov deyir, tələbat yoxdu deyə dəmirçilər yeni alətlər düzəltmək əvəzinə daha çox qədimi əşyaları bərpa etməklə məşğuldurlar. Hüseynov deyir, turistlərə bu peşə maraqlıdı deyə dövlət də dəmirçi sənətinə qayğı göstərir. Elə bu emalatxananı da ona dövlət verib.

Ana səhifəVideoDəmirçi kəndi: Əvvəllər hər addım başı dəmirçilər gözə dəyirdisə, indi kənddə iki dəmirçi qalıb