close

Devid Kameron Britaniyanın xarici işlər naziri oldu

Devid Kameron. Foto: 360b/shutterstock

Ceyms Kleverli isə daxili işlər naziri təyin edilib

Noyabrın 13-də Böyük Britaniyanın keçmiş baş naziri Devid Kameron krallığın yeni xarici işlər naziri təyin edilib.

Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak Devid Kameronun sələfi Ceyms Kleverlini son vaxtlar mübahisəli açıqlamalar verən Suella Bravermanın yerinə daxili işlər naziri təyin edib.

S.Bravermanın işdən çıxarılmasına səbəb kimi London polisinin Fələstin tərəfdarlarının etirazlarına münasibəti haqda yazdığı məqaləsi göstərilir.

O, məqaləsində polisin hərəkətlərini “ikili standart” adlandırıb.

Polis bəzi aksiyalarda iştirakçılara qarşı sərt, digər aksiyalarda, o cümlədən Fələstinə dəstək aksiyalarında daha yumşaq davranır. Ola bilsin, bu, polisin tənqiddən çəkinməsinə görədir”, – deyə keçmiş nazir yazmışdı.

Ceyms Kleverli 2022-ci ilin sentyabrında keçmiş baş nazir Liz Trassın hökumətində xarici işlər naziri təyin olunmuşdu.

O, ilk qaradərili xarici işlər naziri idi.

Baş nazir bildirib ki, Kral Çarlz III Kamerona parlamentin seçilmiş üzvü olmamasına baxmayaraq, onun hökumətə qayıtmasına icazə verən Lordlar Palatasında yer verilməsini təsdiqləyib.

Breksit referendumunun keçirildiyi vaxt Devid Kameron Baş nazir idi.

Referendumda verilən bəli səsi nəticəsində Kameron istefa verdi.

Breksit referendumunda Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı səsvermə keçirilib.

57 yaşlı Devid Kameron 2005-2016-cı illərdə Mühafizəkar Partiyasının lideri olub.

Ana səhifəDünyaDevid Kameron Britaniyanın xarici işlər naziri oldu