close

“Dövlətin borc yükü artdıqca, sosial xərcləri azaltmaq məcburiyyəti yaranacaq”

Azərbaycanın xarici dövlət borcunun daha 5 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir.

“Hakimiyyət azalan gəlirlər fonunda daha yaxşı iqtisadi fürsətlər yaratmaq, daha çox ixrac – idxal əməliyyatlarını stimullaşdırmaq, kiçik və orta sahibkarlara dəstək olmaq əvəzinə, yaranan problemləri borcla həll etməyə çalışır. Dövlətin borc yükü də artdıqca, sosial xərcləri azaltmaq məcburiyyəti yaranacaq. Məsələn, bu il təqaüdlər 10 faiz artmışdı. Dövlət borcu artan xətlə davam etsə, o zaman təqaüdləri 3 faiz artıracaqlar. Borclanan ölkələrdə bir tendensiya da var ki, vətəndaşların vergi yükü artırılır”.

Ana səhifəVideo“Dövlətin borc yükü artdıqca, sosial xərcləri azaltmaq məcburiyyəti yaranacaq”