close

DSK: Bu il ərzaq və tikinti materialları bahalaşıb

İnflyasiya, Horst-Koenemund/shutterstock

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlərində də bahalaşma olub

Bu ilin ilk 9 ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilə baxanda artıb. Əsasən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,9 faiz olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir.

Məlumata görə, sentyabrda mal və qoyun əti, təzə balıq, yumurta, meyvələrdən banan, gavalı, şaftalı, tərəvəzlərdən pomidor, xiyar, göy lobya, bibər, badımсan, yerkökü, çuğundur, kartof, sarımsağın qiymətlərində artım olub. Həmçinin qeyri-ərzaq məhsullarından sement və taxtanın qiymətlərində bahalaşma qeydə alınıb.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətlərində də öncəki ilə baxanda bahalaşma olub. Bu ilin ilk 9 ayında Azərbaycanda 90812,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. DSK bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Məlumatda qeyd edilir ki, dövr ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3 faiz artım olub. ÜDM istehsalının 41,6 faizi sənaye, 9,5 faizi ticarət, 6,4 faizi kənd təsərrüfatı, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergi ÜDM-in 9,5 faizinə bərabər olub. Adambaşına düşən ÜDM 8948,8 manatdır.

Ana səhifəİqtisadiyyatDSK: Bu il ərzaq və tikinti materialları bahalaşıb