close

Lavrov: “Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə qızışdırılır”

Portrait of Sergey Lavrov. Source: Meydan TV

O deyib ki, qeyri-hökumət təşkilatları NATO-nun maraqlarını təbliğ etməyə çalışırlar

Rusiya Ermənistan vasitəsilə Cənubi Qafqazda NATO maraqlarını təşviq etmək cəhdlərini qeydə alır.

Bunu oktyabrın 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkekdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi qeyri-hökumət təşkilatları tərəfindən süni şəkildə qızışdırılır:

Onlar Ermənistan vasitəsilə ABŞ, Aİ və NATO-nun regionda maraqlarını təbliğ etməyə çalışırlar. Lakin erməni xalqının böyük əksəriyyəti Rusiya ilə ənənəvi qardaşlıq əlaqələrinin inkişafında maraqlıdır”.

“Biz erməni xalqının böyük əksəriyyətinin Rusiyayla ilə ənənəvi, tarixi qardaşlıq əlaqələrinin inkişafında maraqlı olduğuna əminik. Bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyan açıq şəkildə bildirdi ki, Ermənistan öz təlimatlarını dəyişmir. Ümid edirik ki, Yerevanı başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, bu mövqe qalib gələcək”,- deyə Lavrov fikrini bitirib.

Rəsmi Yerevan rusiyalı nazirin açıqlamasına hələ ki reaksiya verməyib.

Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən iclasında xarici işlər nazirinin müavini səviyyəsində iştirak edir.

Oktyabrın 13-də Bişkekdə MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclası da keçiriləcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan iclasda iştirakdan imtina edib.

Ana səhifəDünyaLavrov: “Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi süni şəkildə qızışdırılır”