close

DSX Ermənistan vətəndaşının saxlanıldığını bildirir

Zabux kəndi

Rashid Begleryan Zabux kəndi ərazisində dövlət sərhədini pozmaqda ittiham olunur

Avqustun 1-də Dövlət Sərhəd Xidməti Laçın rayonu ərazisində Ermənistan vətəndaşının saxlanıldığını bildirib.

Qurumun yaydığı məlumatda deyilir ki, hərbçilər Rashid Begleryanı Zabux kəndi ərazisindəki dövlət sərhədini keçərkən saxlayıblar. O, dövlət sərhədini pozmaqda ittiham olunur.

Ermənistanın rəsmi orqanları 1962-ci il təvəllüdlü Rashid Begleryanın saxlanılması barədə heç bir açıqlama yaymayıblar.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal edilib.
Xocalı şəhəri də 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib. Onun sağ qalan əhalisi hazırda Bakı şəhəri də daxil ölkənin müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətinə nəzarəti bərpa edib, lakin Xocalı şəhəri qarşı tərəfdə qalıb.

Ana səhifəXəbərlərDSX Ermənistan vətəndaşının saxlanıldığını bildirir