close

DTX bir neçə şəxsi saxta sənəd hazırlamaq ittihamı ilə saxlayıb

Dövlət Təhlükəsizliyi Xidməti. Foto: DTX

Saxlanılan şəxslərin hansı şəraitdə günahlarını etiraf etmələri aydın deyil

Xarici ölkəyə aid saxta sənədlər hazırlamaqda günahlandırılan və transmilli cinayətkar dəstə adlandırılan bir neçə şəxsin saxlanıldığı bildirilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yanvarın 15-də yaydığı məlumatda belə deyir.

DTX Ukraynanın Lvov şəhərində yaşamış İbadət Nuriyevin, Türkiyənin İstanbul şəhərində yaşamış Fərid Bağırovun və digərlərinin əvvəlcədən əlbir olduğunu vurğulayıb:

Onların 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələri, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlaması və hər birinə 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib. Adları çəkilən şəxslərə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə ittiham elan edilib”.

DTX qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirdiyini bildirsə də, adları çəkilənlərin konkret hansı maddələrlə ittiham olunduğunu açıqlamayıb.

Həmçinin DTX-nın yaydığı videogörüntülərdə şəxslər ittihamı qəbul etsələr də, bu ifadənin təzyiq altında alınıb-alınmadığı məlum deyil.

Ana səhifəSosialDTX bir neçə şəxsi saxta sənəd hazırlamaq ittihamı ilə saxlayıb