close

DYP rəsmisi Nemət Panahlının avtomobilinin ödənilməyən cərimə səbəbindən saxlanıldığını deyir

Nemət Pənahlı (arxiv foto)

Əhəd Pənahlıya məxsus maşının 1100 manat cəriməsi olduğu bildirilir

Sosial şəbəkələrdə keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının idarə etdiyi avtomobili polisin saxlayıb, cərimə meydançasına aparmasıyla bağlı görüntülər yayılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Nemət Pənahlının idarə etdiyi avtomobilin aparılmasına səbəb 1100 manat ödənilməmiş cərimə olub.

Onun sözlərinə görə, “Toyota Land Cruiser” markalı sözügedən avtomobil oğlu, 2000-ci il təvəllüdlü Əhəd Pənahlıya məxsusdur.

Araz Əsgərli deyir ki, ödənilməyən cərimələrlə əlaqədar Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub:

Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb. Avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun həyata keçirilir”.

Ana səhifəSosialDYP rəsmisi Nemət Panahlının avtomobilinin ödənilməyən cərimə səbəbindən saxlanıldığını deyir