close

Əliyev Omandakı səfiri geri çağırdı, yerinə yeni səfir təyin etdi

Sərəncam. Foto: arxiv

Şahin Abdullayevi Rəşad İsmayılov əvəzləyib

Rəşad İsmayılov Azərbaycanın Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə iyunun 6-da dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Şahin Abdullayev Azərbaycanın Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Azərbaycan Dövlət Universitetini bitirən Şahin Abdullayev 1981-1984-cü illərdə SSRİ-nin Yəməndəki səfirliyində işləyib.

O, 1989-1995-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri olub. Həmçinin Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri, XİN Asiya idarəsinin rəisi və (1999-2004) Küveytdə fövqəladə və səlahiyyətli səfir vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycanı Misirdə, Əlcəzairdə, Sudanda və Omanda təmsil edib.

Rəşad İsmayılov. Foto: Wiki

Rəşad İsmayılov 1974-cü ildə Bakıda anadan olub.

O, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Ondan sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli “Fövqəladə və Səlahiyyətli Elçi” diplomatik rütbəsi verilib və Gürcüstanın Batumi şəhərindəki Baş konsul təyin olunub.

Rəşad İsmayılov 2018-2022-ci illərdə Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri olub.

Ondan sonra isə Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi vəzifəsində çalışıb.

Ana səhifəXəbərlərƏliyev Omandakı səfiri geri çağırdı, yerinə yeni səfir təyin etdi