close

Ermənistan parlamenti Roma Statutunu ratifikasiya etdi

Ermənistan parlamenti. Foto: Ruslan Harutyunov/shutterstock

Müxalifət iclası boykot edib

Oktyabrın 3-də Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.

Sənədin müzakirə predmetinə çevrildiyi gün müxalifətin iclası boykot etdiyi bildirilir.

Müxalifətçi deputat Artsvik Minasyan bildirib ki, parlamentin konstitusiya islahatları olmadan Roma Statutunun ratifikasiyası məsələsini müzakirə etmək hüququ yoxdur.

İclasın gündəliyinə daxil edilən bu məsələ Konstitusiyaya ziddir. Bütün riskləri nəzərə alacaq dərin, balanslaşdırılmış müzakirələrə ehtiyac var”, – deyə Minasyan qeyd edib.

Hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər.

Sentyabrın 28-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq qərarını düşmənçilik adlandırmışdı.

Beynəlxalq Cinayət Məhkəməsi ( BCM) Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb.

BCM-nin qərarına əsasən, V.Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır.

Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Ana səhifəDünyaErmənistan parlamenti Roma Statutunu ratifikasiya etdi