close

Kreml Ermənistanın Roma Statutuna qoşulmasını “düşmənçilik” adlandırdı

Foto: shutterstock/Viacheslav Lopatin

Yerevan problemlə bağlı Moskvaya saziş imzalamağı təklif etdi

Ermənistan Parlamentinin müvafiq komissiyası Roma Statutunun ratifikasiyası ilə bağlı qanun layihəsini qəbul edib.

Bundan sonra Ermənistan Rusiyanı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun yarada biləcəyi problemlərin hüquqi həlli üçün ikitərəfli saziş imzalamağa dəvət edib.

Bu barədə sentyabrın 28-də Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan keçirdiyi brifinqdə deyib.

Kirakosyanın sözlərinə görə, Rusiya tərəfi bu sazişi imzalamaq istəməsə belə, Rusiya Prezidentinin Ermənistana səfəri zamanı onun mümkün həbsi barədə danışmaq ağlabatan deyil:

“Çünki ölkə liderlərinin toxunulmazlığı var”.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, Roma Statutu tam ratifikasiya olunacaq:

“Biz Rusiyaya ikitərəfli saziş imzalamağı təklif etmişik ki, Roma Statutu Ermənistan tərəfindən ratifikasiya olunarsa, Rusiyanın qorxuları aradan qalxsın”.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq qərarını düşmənçilik adlandırıb.

“Bu, Rusiyaya qarşı son dərəcə düşmənçilikdir”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Yerevanın Roma Statutuna qoşulmaq niyyətini alqışlamır:

Ermənistan tərəfi çox yaxşı bilir ki, Rusiya Roma Nizamnaməsinə üzv deyil”.

Ana səhifəSiyasətKreml Ermənistanın Roma Statutuna qoşulmasını “düşmənçilik” adlandırdı