close

Ermənistan saxlanılan azərbaycanlı əsgərlə bağlı cinayət işinə xitam verib

Əsgər. Mənbə: Shutterstock – Denis Andricic

İstintaq Komitəsi hərbçinin səhvən sərhədi keçdiyini təsdiqləyib

Fevralın 28-də Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı bildirilən və

Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan hərbçisi Ruslan Pənahova qarşı başladılan cinayət işinə xitam verilib. Bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilir ki, araşdırmalar zamanı Ruslan Pənahovun azərbaycanlı hərbçi yoldaşları ilə mübahisə etdikdən sonra postdan qaçaraq, səhvən Ermənistan tərəfinə keçdiyi məlum olub. Qeyd olunanlar əsasında da Ruslan Pəhanov barəsində başlanmış cinayət işinə xitam verilməsi barədə vəsatət təmin edilib.

Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi ordunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun Laçında azaraq itkin düşməsi barədə məlumat yayıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını təsdiqləyib.

 Fevralın 29-da Ermənistanın İstintaq Komitəsində Azərbaycan hərbçisinə qarşı “təxribata cəhd”, “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində qətlə cəhd”, “silah və sursatın qanunsuz daşınması və qaçaqmalçılığı, sərhədi qanunsuz keçmə” ittihamları ilə cinayət işi açılıb. Analoji hal əvvəllər də baş verib… 2023-cü ilin aprelində Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülmüşdü.

Ötən il dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistandan isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdu.

 2023-cü il dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib. Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəXəbərlərErmənistan saxlanılan azərbaycanlı əsgərlə bağlı cinayət işinə xitam verib