close

Ermənistan XİN: “Yaxın bir ayda sülh sazişini imzalamağa hazırıq”

Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: “mfa.am”

Rəsmi Yerevan İlham Əliyevə cavab verdi

Ermənistan Azərbaycanın Prezidenti İlham Əliyevin 6 iyunda Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi açıqlamalara reaksiya verib.

Ermənistan Xarici İşlər Nazirliyi bu gün yaydığı bəyanatda heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığı bildirilir:

Ermənistanın Konstitusiyası və ona edilən dəyişikliklər ölkənin daxili işləridir. Biz rəsmi Bakının onun ətrafında hələ 2018-ci ildə başlayan daxili erməni müzakirələrinə müdaxilə cəhdlərini kobudluq kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirik ki, bu cür söhbətlər sülh prosesinə zərbə vurur və Azərbaycan rəhbərliyinin sülhün əldə edilməsində səmimiliyinə şübhə yaradır”.

Bəyanatda sülh sazişinə də toxunulub:

Ermənistanla Azərbaycan arasında bağlanan sülh sazişində açıq şəkildə göstərilir ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və ərazi iddiaları yoxdur. Sülh müqaviləsi layihəsində razılaşdırılmış müddəa da var ki, tərəflərdən heç biri sülh sazişi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz. Sazişin imzalanması və onun milli prosedurlara uyğun ratifikasiyası bu prinsipləri yekunlaşdıracaq. Buna uyğun olaraq, hesab edirik ki, tərəflərin bütün qorxularını dağıtmağın ən aydın və birbaşa yolu məhz Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişin imzalanmasıdır”.

Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmaq üçün kifayət qədər yetişib və Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu bildirir”, – deyə Ermənistan XİN-in bəyanatını bu cümlə ilə yekunlaşdırır.

İyunun 6-da Azərbaycanın dövlət başçısı İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Ermənistanla danışıqların bəzi detallarına toxunmuşdu.

İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan Ermənistana ATƏT-ə birgə müraciət etmək üçün təklif göndərib :

Biz Minsk qrupunun ləğv edilməsini istəyirik. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure-hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir”.

Prezident həmçinin bildirmişdi ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil

Ana səhifəSiyasətErmənistan XİN: “Yaxın bir ayda sülh sazişini imzalamağa hazırıq”