close

Ermənistan xüsusi xidmətilə əməkdaşlıqda ittiham olunan azərbaycanlıya hökm oxundu: 17 il 6 ay həbs

Foto: Meydan TV

 Aydın Zəkiyev məhkəmədə dindirilərkən ittihamda yazılanların doğru olmadığını bildirib

Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların tapşırığıyla Azərbaycanda milli zəmində nifrət və düşmənçilik yaymağa cəhddə ittiham olunan Aydın Zəkiyevə noyabrın 30-da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə əsasən, o, 17 il 6 ay azadlıqdan məhrum edilib.

1970-ci il təvəllüdlü Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirli bilinib.

İttihama əsasən, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olan şəxslərlə sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıb. Ona başqa şəxsləri də məxfi əməkdaşlığa cəlb etmək, ölkədə etnik zəmində qarşıdurma yaratmaq və s. tapşırıqlar verib. Onların arasında vaxtilə Bakıda yaşamış ermənilər də olub. Azərbaycanda etnik zəmində münaqişə yaratmaq üçün Aydın Zəkiyevə xüsusi hazırlanmış mətnlər göndərilib ki, o da sosial mediada yaysın.

Aydın Zəkiyev məhkəmədə dindirilərkən ittihamda yazılanların doğru olmadığını bildirib. O, özünü təqsirli bilməyib.

Ana səhifəXəbərlərErmənistan xüsusi xidmətilə əməkdaşlıqda ittiham olunan azərbaycanlıya hökm oxundu: 17 il 6 ay həbs