close

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsi verə bilər

Mənbə: Youtube screen

Xəritələrin surətlərinin beynəlxalq tərəfdaşlara göndəriləcəyi də deyilir

Ermənistanın Azərbaycana 8 yeni mina xəritəsi verəcəyi bildirilir.

Bu barədə yanvarın 25-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirib ki, Ermənistan Azərbaycanla sülh gündəliyinə sadiqliyinin əlaməti olaraq və humanitar mülahizələrə əsaslanaraq 2021-ci il 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində 972 mina xəritələri verib:

Bu birtərəfli humanitar addımdan sonra Azərbaycan Ermənistanı qeyri-dəqiq, natamam formalar təqdim etməkdə və humanitar addımdan nifrət yaratmaq üçün istifadə etməkdə ittiham edərək informasiya kampaniyasına başlayıb”.

Eyni zamanda, Ermənistanın Milli Təhlükəsizlik Xidmətində daha keyfiyyətli xəritələrin olmadığı qeyd olunub:

Verilən xəritələr “Dağlıq Qarabağ”ın hərbi qulluqçuları vasitəsilə alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti “Dağlıq Qarabağ”ın keçmiş hərbi qulluqçuları arasında sorğu işini bərpa edib, nəticədə 8 yeni forma yaranıb və bunlar yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək. Həmçinin xəritələrin surətləri beynəlxalq tərəfdaşlara göndəriləcək”.

 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də keçirdiyi mətbuat konfransında bu barədə açıqlama vermişdi:

Qarşılıqlı konstruktiv yanaşma və etimadın gücləndirilməsi halında biz etibarlı məlumatları bərpa edib Azərbaycana ötürə biləcəyik. Amma bu proses beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir. Bu, Ermənistan tərəfinin etibarlı məlumat ötürməsinə əminlik yaradacaq”.

Azərbaycanın rəsmi orqanları bildirir ki, azad olunmuş ərazilərdə indiyə qədər 49 mindən çox mina, 60 mindən çox hərbi sursat aşkarlanıb.

Son məlumata görə, bu günə kimi 342 nəfər mina partlayışının qurbanı olub.

Ana səhifəSiyasətErmənistan Azərbaycana 8 yeni mina xəritəsi verə bilər