close

Etibar Məmmədov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə seçkilərə qatılmır

Etibar Məmmədov, Sabir Rüstəmxanlı və İqbal Ağazadə. Kollaj: Meydan TV

Sərdar Cəlaloğlu və Pənah Hüseyn isə sabah imza vərəqələrini götürəcək

Hakim Yeni Azərbaycan Partiyası bu gün növbədənkənar parlament seçkiləri üzrə namizədlər siyahısını açıqlayandan sonra bir çox partiyalar dairələrini elan ediblər.

Xalq Partiyasının sədri Pənah Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb. Bu barədə Meydan TV-yə danışan Pənah Hüseyn deyib ki, iyunun 18-də imza vərəqələrini götürəcək.

Yeni Azərbaycan Partiyası həmin dairədən Kamal Cəfərovun namizədliyini irəli sürüb.

Pənah Hüseynin sözlərinə görə, o, 2005-ci ildə 68 saylı Sabirabad-Şirvan dairəsindən seçilsə də, indi dairənin məntəqələrində xeyli dəyişikliklər olub:

Kamal Cəfərovu tanıyıram, bildiyim qədər fəal deputat olub”.

Pənah Hüseyn
Source:

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabiq Rüstəmxanlı 1 sentyabr seçkilərində iştirak etməyəcək. Meydan TV-yə danışan Sabir Rüstəmxanlı deyib ki, 30 il deputat oldu, bəsdir, bundan sonra yaradıcılıqla məşğul olacaq. VHP sədri partiyadan 60 yaxın üzvün seçkilərə qatılacağını vurğulayıb:

Yəqin ki, onların içində ələnənlər olacaq, amma parlamentdəki 3 yerimizi saxlamağa çalışacağıq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini irəli sürməyəcəyini bildirib:

Partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, mənim bu dəfə keçiriləcək seçkilərdə iştirak etməyimə ehtiyac görülməyib”.

O, partiyanın 30 nəfərdən çox namizədinin sənədlərinin dairə seçki komissiyalarına təqdim etdiklərini deyib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 2 saylı Şərur-Kəngərli dairəsindən namizədliyini irəli sürdüyünü və sabah imza vərəqələrini götürəcəyini açıqlayıb. Bu dairədən hakim partiyanın namizədi Siyavuş Novruzovdur.

ADP sədri Meydan TV-yə deyib ki, partiyadan 20-25 civarında namizədləri olacaq.

Sərdar Cəlaloğlu, Meydan TV

Milli İstiqlal Partiyasının beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təşkilatdan 12 nəfərin namizədliyini irəli sürəcəklərini bildirib:

“2 nəfər də fərdi qaydada, amma partiyalılığını göstərməklə seçkilərə qatılacaq. Sədr Arzuxan Əlizadə 27 saylı dairədən namizəd olacaq. Mən özüm 16 saylı Yasamal ikinci dairədən namizədliyimi irəli sürəcəm”.

Elşən Mustafayev Etibar Məmmədovun namizədliyini irəli sürməyəcəyini əlavə edib:

“Etibar bəy 2005-ci il seçkilərində bu məsələyə nöqtə qoyub”.

REAL Partiyası seçkilərə 13 namizədlə qatılacaq. Partiyanın Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Meydan TV-yə deyib ki, Bakı da daxil Gəncə, Şabran, Bərdə, Biləsuvar və Yevlax rayonlarından namizədləri olacaq.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

İyulun 17-də YAP seçki siyahısını açıqlayıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətEtibar Məmmədov, Sabir Rüstəmxanlı, İqbal Ağazadə seçkilərə qatılmır