close

Fransa seçkilərində solçular koalisiyasının öndə olduğu deyilir

Foto: Reuters

Səsvermə proqnozları açıqlandıqdan sonra avro ucuzlaşıb

Fransada keçirilən parlament seçkilərində solçular  koalisiyasının, Yeni Xalq Cəbhəsi partiyasının qalib gəldiyi bildirilir.

Yeni Xalq Cəbhəsi koalisiyası Milli Assambleyada səs çoxluğunu qazanaraq dominant qüvvə olub.

“Le Monde” qəzetinin məlumatına görə, sol parlamentdə 182 yer, Makronun mərkəzçi ittifaqı 168, Le Penin Milli Ralli (RN) və müttəfiqləri 143 yer qazanıb.

“Reuters” yazır ki, bu, Prezident Emmanuel Makrona ağır zərbədir. Çünki bu hal avro zonasının ikinci ən böyük iqtisadiyyatını naməlum vəziyyətdə qoyub.

Avro bazar günü səsvermə proqnozları açıqlandıqdan sonra ucuzlaşıb.

Üstəlik, Parisin Olimpiya Oyunlarına ev sahibliyi etməsinə bir neçə həftə qalmış siyasi qeyri-sabitlik dövrü başlayıb.

Baş nazir Qabriel Attal daha öncə istefa ərizəsi ilə çıxış edəcəyini bildirsə də, hökuməti qurmaq üçün qarşıda duran çətin vəzifəni nəzərə alaraq, Prezidentin bunu dərhal qəbul edib-etməyəcəyi bəlli deyil.

“Əlbəttə ki, ehtiyac olduğu müddətdə öz vəzifəmi yerinə yetirəcəyəm. Ölkəmiz üçün çox vacib olan bir tarix (Olimpiada) ərəfəsində başqa cür ola bilməz”, – o bildirib.

İyulun 7-də qaranlıq çökəndən sonra solçular de la Respublika meydanında Mariannanın heykəli ətrafında  atəşfəşanlıq edib. Marianna Fransanın milli rəmzidir, respublikanın ağlını, azadlığını və ideallarını təmsil edir.

Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat lazımdır.  Bu ölkədə seçkilər majoritar sistem üzrə iki turda keçirilir- namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir.

Ana səhifəDünyaFransa seçkilərində solçular koalisiyasının öndə olduğu deyilir