close

İlham Əliyev vitse-spikeri icra başçısı göndərdi

Source:

Əziz Əzizov Beyləqana, Sahir Məmmədxanov Qusara icra başçısı təyin olundu

Prezident İlham Əliyev  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu vəzifəsindən azad edib.

Bu barədə ölkə başçısının rəsmi saytında məlumat verilib.

Ölkə başçısının sərəncamı ilə Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ölkə başçısı deputat, vitse-spiker Adil Abış oğlu Əliyevi Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin edib.

İlham Əliyevin digər sərəncamı ilə Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Deputat, vitse-spiker Adil Əliyev Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevin qardaşıdır.

Məhərrəm Əliyev 2012–2017-ci illərdə Azərbaycan Prezidentinin Administrasiyasının Müdafiə Məsələləri Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ölkə başçısının 5 iyun 2017-ci il tarixli sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib.

2019-cu ilin noyabrından 2023-cü ilin dekabrına qədər Prezidentin hərbi məsələlər üzrə köməkçisi olub.

Ana səhifəSiyasətİlham Əliyev vitse-spikeri icra başçısı göndərdi