close

Füzulidə mina partlayışı: bir ölü, bir yaralı var

Mənbə: Youtube screen

ANAMA vətəndaşlara çağırış edib

Oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndində iki nəfərin minaya düşdüyü bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb:

Tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Famil Əbilov həyatını itirib”.

“Kamaz” sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramov isə xəsarət alıb”, – deyə məlumatda vurğulanır.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Oktyabrın 9-da  Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 67 tank əleyhinə mina, 1267 Partlamamış Hərbi Sursat (PHS) aşkarlandığı haqda məlumat yayıb.

Bildirilib ki, 426,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ana səhifəBölgəFüzulidə mina partlayışı: bir ölü, bir yaralı var