close

Gürcüstanda prezidentin fərmanı ilə 13 məhkum əfv olunub

Azadlıq Meydanı, Tbilisi. Foto: Meydan TV

“Gürcü Arzusu” parlamentdə amnistiya barədə layihəni qeydiyyatdan keçirib

Amnistiya nəticəsində altı məhkum azadlığa buraxılıb, beş məhkumun həbs müddəti azaldılıb, daha ikisi cəzanın digər növlərindən azad olunub.

Gürcüstan Prezidenti Salome Zurabişvili müntəzəm olaraq məhkumların əfvi ilə bağlı qərarlar qəbul edir. “Kavkazski uzel”in yazdığına görə, mayın 31-i yeddi məhkum əfv olunub. Onlardan beşi azadlığa çıxıb.

Salome Zurabişvili iyulun 11-də də 13 məhkumu əfv edib. Bu haqda Prezident Administrasiyasının mətbuat xidməti məlumat verib.

Əfv olunanlardan altısı penitensiar müəssisədən azad edilib, daha beşinin, o cümlədən bir qadının həbs müddəti azaldılıb. Bundan başqa, iki məhkum həbs cəzasından azad edilib.
“Bu məhkumların hökmləri azadlıqdan məhrum etməni nəzərdə tutmurdu”, – PA-nın məlumatında deyilir.

2024-cü il martın 1-dək Gürcüstanda həbsxanalarda 9700 adam, o cümlədən 350-dən çox qadın olub.

Həmçinin iyulun 11-də “Gürcü Arzusu” hakim partiyası parlamentdə amnistiya barədə layihəni qeydiyyatdan keçirib. 2024-cü il iyulun 1-dək törədilmiş cinayətlərə görə verilmiş həbs cəzaları müddətinin azaldılmasını nəzərdə tutan sənədi parlamentin payız sessiyası zamanı qəbul etmək planlaşdırlır, – “Netgazeti” dərci xəbər verib.

Hakim partiyanın təklif etdiyi amnistiya seksual zorakılıq, qarət, terrorizm və narkotik ticarəti kimi ağır və xüsusi ağır cinayətlərə şamil olunmayacaq.

2019-cu ilin avqustundan 2020-ci ilin yanvarınadək Gürcüstanda əfv üzrə moratorium qüvvədədir. O, polisi qətlə yetirdiyinə görə 15 il müddətinə məhkum olunmuş Ramaz Devadze prezident tərəfindən əfv olunanların siyahısına salındıqdan sonra tətbiq edilib. 2020-ci il yanvarın 6-sı moratorium qüvvədən düşəndən sonra Zurabişvili beş nəfəri əfv edib və bu, hüquq müdafiəçilərinin tənqidinə səbəb olub, çünki onlar yüzlərlə məhkumun əfv gözlədiyini qeyd ediblər.

Ana səhifəXəbərlərGürcüstanda prezidentin fərmanı ilə 13 məhkum əfv olunub