close

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezidentin iddiasını qəbul edib

Gürcüstanın Konstitusiya Məhkəməsi. Foto: Wiki

Plenumun iddiaya nə vaxt baxacağı hələ məlum deyil

Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddiasını qəbul edib. Bu barədə Konstitusiya Məhkəməsi özü məlumat yayıb.

Prezidentin şikayətinə hakim Xviça Kikilaşvili baxacaq.

Plenumun iddiaya nə vaxt baxacağı hələ məlum deyil.

Salome Zurabişvili iddiasında qanunun Konstitusiyaya zidd olduğunu vurğulayıb.

O hesab edir ki,  “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir.

İddia həm də Konstitusiya ilə təmin edilmiş fundamental hüquqları pozan bir sıra hüquqi müddəalara etiraz edir. Prezident bu iddia ilə sözügedən qanunun fəaliyyətinin dayandırılmasını və onun qəti şəkildə ləğvini tələb edir.

Rusiyada “Xarici agentlər haqqında” qanunun analoqu – “Xarici təsirin şəffaflığı haqqında” qanun 2024-cü il iyunun 4-də Gürcüstan parlamentinin spikeri sənədi imzaladıqdan sonra qüvvəyə minib.

Qanuna əsasən, 60 gündən sonra (4-5 sentyabr) əhəmiyyətli xarici maliyyə vəsaiti olan bütün təşkilatlar xüsusi portalda qeydiyyatdan keçməlidirlər.

Ana səhifəDünyaGürcüstanın Konstitusiya Məhkəməsi Prezidentin iddiasını qəbul edib