close

“Hərbçilərin maaşı 2 dəfə artırılmalı, hərbi təhsili cəlbedici etməlidirlər”

Bir müddətdir ki, Azərbaycanda yeni ordu quruculuğuna başlanacağı danışılır. Bildirilir ki, hərbi qanunvericilik üçün nəzərdə tutulan son dəyişikliklər müxtəlif məqsədlər hədəfləyib. Azərbaycan Ordusunu Türkiyə modelinə keçirmək istəyirlər.

Bu günlərdə deputat Elnur Allahverdiyev də demişdi ki, dövlət büdcəsinə ödəniş etməklə hərbi xidmət müddəti azaldıla bilər. Eynilə, Türkiyədəki kimi.

Hərbi təhlilçi isə Meydan tv-yə danışır ki, orduda savadlı kadr çatışmazlığı getdikcə artmaqdadır.

“İllərlə davam edən tanışlıq, yerlibazlıq, rüşvət və korrupsiyaya görə savadsız kadrların sayı daha da artdı, peşəkarları ordudan kənar saldı. Türkiyə Silahlı Qüvvələrinin modelinə keçid etmək istəyirlərsə, hərbi təhsili cəlbedici etməli, hərbçilərin maaşı 2 dəfə artırılmalıdır”.

Ana səhifəVideo“Hərbçilərin maaşı 2 dəfə artırılmalı, hərbi təhsili cəlbedici etməlidirlər”