close

75 yaşlı anasını və həmkəndlisini öldürməkdə ittiham olunan şəxs saxlanılıb

Qətl. Foto: Gorodenkoff/shutterstock

Daha bir nəfər isə yaralanıb

Fevralın 9-da saat 12.00 radələrində Kürdəmirdə 75 yaşlı qadın və 44 yaşlı kişi qətlə yetirilib, daha bir nəfər isə bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Hadisə kəndin Şıxımlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İlham Alıyev saxlanılıb. 43 yaşlı İlham Alıyevin anası Nəsibə Alıyevanı və həmkəndlisi Famil Şükürovu bıçaqlayaraq qətlə yetirdiyi, 54 yaşlı Vüqar Məmmədovu isə yaraladığı bildirilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda cinayət işi başlanıb. İlham Alıyev Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Ana səhifəBölgə75 yaşlı anasını və həmkəndlisini öldürməkdə ittiham olunan şəxs saxlanılıb