close

Hərbçinin meyiti qar uçqununun altından çıxarılıb

Şərti foto. Mənbə: Azərtac

Müdafiə Nazirliyi onun xidmət yerini icazəsiz tərk etdiyini deyir

Müddətdən artıq hərbi qulluqçu Savalan Bəxtiyar oğlu Hüseynovun cəsədi qar uçqununun altından çıxarılaraq ailəsinə təhvil verilib. Gədəbəy rayonunun Qalakənd kənd sakini olan hərbçinin qar uçqununda qalaraq vəfat etdiyi bildirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidməti faktı “Qafqazinfo”ya təsdiqləyib.  Bildirilib ki, hadisə fevralın 8-i saat 17 radələrində baş verib. Nazirlik Savalan Hüseynovun xidməti yerini özbaşına tərk etdiyini söyləyib. 

Faktla bağlı araşdırma aparıldığı bildirilir. Meydan TV hərbçinin ailəsi ilə əlaqə saxlaya bilməyib.

Savalan Hüseynovun 3 azyaşlı övladı var.

Ana səhifəXəbərlərHərbçinin meyiti qar uçqununun altından çıxarılıb